Pensiyaçılara üç aydan bir 30 manat veriləcək? - Rəsmi

 Pensiyaçılara üç aydan bir 30 manat veriləcək? - Rəsmi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sosial şəbəkələrdə Azərbaycanda pensiya alan şəxslərə hər üç aydan bir əlavə olaraq 30 manat ödənilməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Asayis.azxəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən APA-ya yayılan məlumatların həqiqəti əks etdirmədiyi bildirib.

“Sosial şəbəkələrdə və bəzi saytlarda Azərbaycanda pensiya alan şəxslərə hər üç aydan bir əlavə olaraq 30 manat ödənilməsi ilə bağlı məlumatlar yayılıb. Bu məlumatlar həqiqəti əks etdirmir”, – məlumatda qeyd edilib.

17:36 - 9 Oktyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin