Ötən yay son 10 ilin ən isti fəsillərindən olub

 Ötən yay son 10 ilin ən isti fəsillərindən olub

Ötən yay Azərbaycanda son 10 ilin ən isti fəsillərindən olub.

Asayis.az xəbər verir ki, bunu Report-a Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, 2026-cı ildə ən maksimal temperatur iyul ayında qeydə alınıb:

"Bakıda və Abşeron yarımadasında 40, Ordubad və Kürdəmirdə isə 41 dərəcə isti müşahidə olunub. Bu da aparılmış çoxillik meteoroloji müşahidə məlumatlarına əsasən, son 10 ilin ən isti yay fəsillərindən olub".

12:10 - 6 Oktyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin