Ermənistanla bağlı sənədlər Baş Prokurorluğa təqdim olunub

 Ermənistanla bağlı sənədlər Baş Prokurorluğa təqdim olunub

Ermənistanın Oxçuçayın suyunu çirkləndirməsi ilə bağlı sübutedici sənədlər Azərbaycanın Baş Prokurorluğuna təqdim edilib.

Asayis.Az xəbər verir ki, bu barədə report-a Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi Qrupundan məlumat verilib.

İşçi Qrupunun iclasında qeyd olunub ki, Oxçuçayın suyunun çirklənmə səviyyəsinin müəyyənləşdirilməsi məqsədilə mütəmadi aparılmış ekoloji monitorinqlər üzrə toplanmış sübutedici sənədlər hüquqi qiymətin verilməsi və müvafiq tədbirlərin görülməsi üçün Azərbaycanın Baş Prokurorluğuna təqdim olunub.

16:09 - 8 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin