Özünü binadan atan 18 yaşlı qız hamilə imiş

 Özünü binadan atan 18 yaşlı qız hamilə imiş

Dekabrın 5-i gecə saat 23 radələrində Masallı şəhər Heydər Əliyev prospektində yerləşən binadan özünü ataraq intihar edən 18 yaşlı qızla bağlı bəzi məqamlar üzə çıxıb.

Asayis.Az qafqazinfo-ya istinadən xəbər verir ki, ilkin araşdırmalar zamanı Masallının kəndlərindən birinin sakini olan 2004-cü il təvəllüdlü Rüqayə Hüseynovanın intihar edərkən 5 aylıq hamilə olması məlum olub. Onun qeyri-rəsmi nikah münasibətində olduğu şəxsdən hamilə qaldığı bildirilib.

Faktla bağlı Masallı Rayon Prokurorluğu tərəfindən araşdırmalar davam etdirilir.

12:50 - 8 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin