Yasamal rayonunda bir gündə iki məktəblinin itkin düşməsi ilə bağlı xəbər yayılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Asayis.Az-a verilən məlumata görə, hər iki məktəbli ailə üzvlərinə demədən getdiyi digər ünvanlarda olması polis əməkdaşları tərəfindən müəyyən edilib.
Kriminal hal yoxdur.
*** 10:00
Bakıda eyni gündə iki şagird itkin düşüb.
Asayis.Az qafqazinfo-ya istinadən xəbər verir ki, dekabrın 6-da saat 15 radələrində Yasamal rayonu, M.Seyidov küçəsində yerləşən 21 saylı orta məktəbdə təhsil alan 2008-ci il təvəllüdlü X.Q. orta məktəbdən çıxdıqdan sonra itkin düşüb. Hadisə ilə bağlı polisə müraciət edilib.
Həmin gün saat 12 radələrində isə Yasamal rayonu, M.Bünyadzadə küçəsində yerləşən 153 saylı məktəbdən çıxan 2010-cu il təvəllüdlü A.Ş. itkin düşüb. Həyata keçirilən axtarış tədbirləri nəticəsində 12 yaşlı uşaq saat 20 radələrində tapılıb.
Araşdırmalar davam etdirilir.