Vilayət Eyvazov 2 rayona yeni rəis TƏYİN ETDİ

 Vilayət Eyvazov 2 rayona yeni rəis TƏYİN ETDİ

Azərbaycanda iki rayona - Qubadlı və Qobustan rayon polis şöbələrinə (RPŞ) rəis təyin edilib. Asayis.Az Report-a istinadla xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Qubadlı RPŞ-nin rəsi polis polkovnik-leytenantı Bəhruz Cabbarov vəzifəsindən azad edilərək Qobustan RPŞ-nə rəis təyin olunub.

Bundan başqa, nazirin digər əmri ilə Siyəzən RPŞ-nin əməliyyat işləri üzrə rəis müavini polis polkovnik-leytenantı Əhməd Nəcəfov vəzifəsindən azad olunraq Qubadlı RPŞ-nə rəis təyin edilib.

12:10 - 8 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin