Avtomobil qiymətinə satılan bayram "yolka"ları - FOTO

 Avtomobil qiymətinə satılan bayram

Paytaxt mağazalarında avtomobil qiymətinə şam ağacları satılır.

Asayis.Az atv xəbər-ə istinadən xəbər verir ki, satışda qiyməti 4500 manatadək olan yeni il atributu mövcuddur.

Məlumata görə, ən çox satılan plasmas yolkaların qiyməti 180 manatdan başlayaraq, 1000-1100 manatadək davam edir.

Satıcı deyir ki, hündürlüyü 6 metrəyə çatan dəbdəbəli şam ağaclarından 3-ü artıq satılıb. Onların qiyməti isə 700 manat dəyərindədir.

11:04 - 8 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin