Şəmkirdə 33 yaşlı qadın övladlarının gözü önündə öldürüldü

 Şəmkirdə 33 yaşlı qadın övladlarının gözü önündə öldürüldü

Şəmkirdə qadının əri tərəfindən qətlə yetirilməsinin bəzi təfərrüatları məlum olub.

Asayis.Az xəbər verir ki, qətlə yetirilən 33 yaşlı Aynurə Orucovanın qaynanası ilə vaxtaşırı mübahisələri olub.

Bunu APA-nın əməkdaşına mərhumun atası Elman Orucov deyib. Onun sözlərinə görə, son vaxtlar qızının ailəsində problemlər yaranıb.

Qətl söz-söhbətlərdən sonra baş verib. Hadisə mərhumun 3 azyaşlı övladının gözü önündə olub.

Qeyd edək ki, hər iki şəxs yaxın qohum olub.

10:20 - 8 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin