Ordumuzun Kəlbəcər istiqamətindəki mövqeyi atəşə tutulub - RƏSMİ

 Ordumuzun Kəlbəcər istiqamətindəki mövqeyi atəşə tutulub - RƏSMİ

Dekabrın 7-si saat 12:45 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində olan qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Ağqaya yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyi atəşə tutulub.

Bu barədə Asayis.Az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

17:10 - 7 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin