Azyaşlıya spirtli içki verdi - CƏZALANDIRILDI

 Azyaşlıya spirtli içki verdi - CƏZALANDIRILDI

Azyaşlıya spirtli içki verən şəxs cəzalandırılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Asayis.Az-a verilən məlumata görə, azyaşlıya spirtli içki verərək görüntülərini sosial şəbəkədə yayan şəxs Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müəyyən edilib.

Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 189.1-ci (uşaqların təlim-tərbiyəsi vəzifələrini valideynlər və onları əvəz edən şəxslər tərəfindən yerinə yetirilməməsi) maddəsinə əsasən protokol tərtib edilərək aidiyyəti üzrə göndərilib.

16:55 - 7 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin