Yunanıstan Azərbaycana yeni səfir təyin etdi - FOTO

 Yunanıstan Azərbaycana yeni səfir təyin etdi - FOTO

Yunanıstan Azərbaycana yeni səfir təyin edib.

Asayis.Az xəbər verir ki, bu barədə Azərbaycanın Yunanıstandakı səfiri Anar Hüseynov tviter hesabında bildirib.

“Bakıda çalışacaq yunanıstanlı həmkarım, səfir cənab Kristos Kapodistriasa cansağlığı və Azərbaycan-Yunanıstan ikitərəfli əlaqələrinin inkişafında uğurlar arzulayıram!” - o qeyd edib.

Xatırladaq ki, bundan əvvəl Yunanıstanın Azərbaycandakı səfiri Nikolaos Piperiqkos olub.

13:10 - 7 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin