İtkin düşən Naxçıvan sakininin meyiti tapıldı

 İtkin düşən Naxçıvan sakininin meyiti tapıldı

İmişlidə kanaldan meyit tapılıb.

Asayis.Az Qafqazinfo-ya istinadla xəbər verir ki, Mil-Muğan kanalının rayonun Xubyarlı kəndindən keçən hissəsində kişi meyiti aşkar edilib. İlkin araşdırmalar zamanı meyitin Naxçıvan MR Culfa rayon sakini, 1984-cü il təvəllüdlü Mahmud Məmmədova məxsus olduğu müəyyənləşib. Onun dekabrın 4-dən itkin düşmüş şəxs kimi axtarışda olduğu üzə çıxıb.

Müayinələr zamanı meyit üzərində hər hansı zorakılıq əlamətləri aşkar edilməyib.

Araşdırmalar davam etdirilir.

12:29 - 7 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin