Özünü ağaca bağlayaraq yandıran şəxslə bağlı AÇIQLAMA

 Özünü ağaca bağlayaraq yandıran şəxslə bağlı AÇIQLAMA

Yanvarın 19-da, saat 20 radələrində 1959-cu il təvəllüdlü Nadir Həşimovun özünü məftil ilə ağaca bərkidib yandıraraq öldürməsi faktı ilə bağlı hazırda Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.

Bu barədə sosial şəbəkələrdə yayılmış videogörüntülərlə bağlı daxil olmuş sorğuya cavab olaraq Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Araşdırma zamanı Nadir Həşimovun meyiti xarici və daxili müayinə olunub, meyitin üzərində yanıq xəsarətlərindən başqa hər hansı kənar xəsarət aşkar olunmayıb.

Hazırda araşdırma davam etdirilir, ictimaiyyətə əlavə məlumat veriləcək.//manşet

14:25 - 22 Yanvar 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin