Bakıda qonşular arasında DAVA: Bıçaqlanan var

 Bakıda qonşular arasında DAVA: Bıçaqlanan var

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi olub.

Asayis.Az APA-ya istinadla xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində qeydə alınıb.

Belə ki, 1990-cı il təvəllüdlü Məmmədov Elvin Süleyman oğlu binanın həyətində avtomobilini park edərkən qonşusu ilə aralarında mübahisə yaşanıb.

Qonşusu ondan avtomobili park etməməyi tələb edib. Sonda E.Məmmədov bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsi tərəfindən araşdırma aparılır.

11:34 - 7 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin