DSX-nin hərbi qulluqçusu vəfat edib

 DSX-nin hərbi qulluqçusu vəfat edib

30 noyabr 2022-ci il tarixindən müalicəsi Gəncə Mərkəzi Klinikasında davam etdirilən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Nuriyev Kənan Hafiz oğlu həkimlərin göstərdiyi səylərə baxmayaraq 6 dekabr 2022-ci il tarixində xəstəxanada vəfat edib.

Bu barədə Asayis.Az-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Dövlət Sərhəd Xidmətinin rəhbərliyi hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir.

10:30 - 7 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin