DSX-nin əsgəri hospitalda intihar etdi

 DSX-nin əsgəri hospitalda intihar etdi

Bakıda Dövlət Sərhəd Xidmətinin hospitalında intihar hadisəsi qeydə alınıb.

Məlumata görə, əsgər Rzaquliyev Ramiz Xəqani oğlu özünü hospitalın damından ataraq öldürüb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, DSX Sahil Mühafizəsinin 2021-ci ilin oktyabr ayında hərbi xidmətə çağırılmış müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu matros Rzaquliyev Ramil Xəqani oğlu psixoloji vəziyyətində mövcud olan problemlər ilə əlaqədar müayinədən keçmək üçün Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalına gətirilib.

Saat 11:10 radələrində hərbi qulluqçu tibbi müayinələrdən yayınaraq Hərbi Hospitalda inşa edilməkdə olan binanın yuxarı mərtəbəsinə qalxıb və özünü yerə ataraq intihar edib.

Hadisə ilə əlaqədar prokurorluq orqanları ilə birlikdə araşdırma tədbirləri həyata keçirilir.//qafqazinfo

14:23 - 22 Yanvar 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin