DSX-nın Akademiyasında yanğın baş verdi - Detallar

 DSX-nın Akademiyasında yanğın baş verdi - Detallar

Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən görülən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində paytaxtın Xətai rayonu, Gəncə prospektində yerləşən Dövlət Sərhəd Xidmətinin Akademiyasının inzibati binasının dam örtüyündə baş verən yanğın genişlənməsnə imkan verilmədən qısa müddətdə tam söndürülüb.

Bu barədə Asayis.Az-a FHN-in Mətbuat Xidmətindən məlumat verilib.

***17:53

Dekabr ayının 6-da saat 16:40-da Dövlət Sərhəd Xidməti Akademiyasının əsas korpusunda yanğın hadisəsi baş vermişdir. Akademiyanın şəxsi heyəti tərəfindən yanğının lokallaşdırılması və söndürülməsi üzrə ilkin zəruri tədbirlər görülmüş, Fövqəladə Hallar Nazirliyinin “102” qaynar xəttinə məlumat verilmiş, əraziyə yanğınsöndürənlər cəlb edilmişdir. Baş vermiş hadisə ilə əlaqədar Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev başda olmaqla qurumun rəhbər heyəti hadisə yerinə yollanmışdır.

Yanğının söndürülməsi istiqamətində bütün zəruri tədbirlər görülmüş, yanğın qısa zamanda lokallaşdırılmışdır.

Akademiyanın şəxsi heyəti arasında xəsarət alan olmamışdır.

Hadisənin baş vermə səbəbləri aidiyyətı qurumlar tərəfindən araşdırıldıqdan sonra ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

***17.30

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində Dövlət Sərhəd Xidmətinin Akademiyasının inzibati binasının dam örtüyündə yanğın olması barədə ilkin məlumat daxil olub.

FHN-dən Asayis.Az-a verilən xəbərə görə, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam edir.

Əlavə məlumat veriləcək.

***17:13

Dövlət Sərhəd Xidməti Akademiyasının inzibati binasında yanğın başlayıb.

Bu barədə görüntülər BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb edilib.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

19:10 - 6 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin