Türkiyə 21-ci əsrin yüksələn ulduzudur - Ərdoğan

 Türkiyə 21-ci əsrin yüksələn ulduzudur - Ərdoğan

Türkiyə 21-ci əsrin yüksələn ulduzudur, düşünülmüş siyasət sayəsində pandemiyanın ilk ilində iqtisadi artımı müsbət olan iki ölkədən biri olub.

Buta.ws xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, 2002-ci ildə hakimiyyətə gələrkən, Mərkəzi Bankın ehtiyatları cəmi 27,5 milyard dollar, BVF-yə borcu isə 23,5 milyard dollar olub:

"Bu gün söhbət Mərkəzi Bankın 120 milyard dollar ehtiyatından və BVF qarşısında borcunun olmamasından gedir. Türkiyənin illik ixracat göstəricisi rekord həddə - 221 milyard dollara çatdı. “Beşinci kolon” ​​bu yaxınlarda ölkədə çaxnaşma yaratmağa çalışdı, valyuta bazarında görünməmiş manipulyasiya cəhdləri ilə qarşılaşdıq, ancaq cəmi bir saat ərzində bu problemi həll etdik".

12:22 - 26 Dekabr 2021

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin