Latviyada “Dojd” telekanalının lisenziyası ləğv edilib

 Latviyada “Dojd” telekanalının lisenziyası ləğv edilib

Latviyanın Elektron Media üzrə Milli Şurası (NSESMI) “Dojd” telekanalının yayım lisenziyasını ləğv etmək barədə qərar qəbul edib.

Asayis.Az oxu.az-a istinadla xəbər verir ki, qərar “milli təhlükəsizlik və ictimai asayişin maraqları naminə” verilib.

“Pozuntuların məcmusunu qiymətləndirən NSESMİ əmindir ki, “Dojd” rəhbərliyi pozuntuların əhəmiyyətini və ciddiliyini anlamır, bilmir, buna görə də Latviya ərazisində fəaliyyət göstərə bilməz”, - deyə şuranın rəhbəri İvars Abolinş bildirib.

Kanalın ölkə ərazisində yayımının dekabrın 8-nə keçən gecə dayandırılması planlaşdırılıb.

16:56 - 6 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin