Qarlı hava Gədəbəy yollarında problem yaradıb - FOTO

 Qarlı hava Gədəbəy yollarında problem yaradıb  - FOTO

Gədəbəydə qar yağması nəticəsində yollarda nəqliyyatın hərəkətində problemlər yaranıb.

Asayis.Az APA-ya istinadən xəbər verir ki, ötən gündən başlayan qar nəticəsində Gədəbəy rayonunun bir çox ərazilərində yollar buz bağlayıb.

Yolların buz bağlaması avtomobillərin hərəkətində çətinliklər yaradıb. Yolların buz bağlaması səbəbindən avtomobillər yolda qalıb.

Gədəbəy RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları yollarda müəyyən tədbirlər həyata keçirib. Gədəbəyin yollarında nəqliyyatın hərəkətində yaranan çətinlikləri aradan qaldırılması üçün “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin 32 saylı Yol İstismar İdarəsinin əməkdaşları tərəfindən qum-duz qarışığı səpilir.

Hazırda qərb bölgəsində qeyri-sabit hava şəraiti davam edir.

16:41 - 6 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin