“Əlavə qazanc, yüksək gəlir” adı altında dələduzluq etdi - Saxlanıldı

 “Əlavə qazanc, yüksək gəlir” adı altında dələduzluq etdi - Saxlanıldı

Paytaxtda taksi sürücülərinə qarşı dələduzluq edən şəxs müəyyən edilib.

Bu barədə Asayis.Az-a Daxili İşlər Nazirliyindən bildirilib.

Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə özünü otel meneceri kimi təqdim etməklə sürücülərin aldatma yolu ilə müxtəlif məbləğlərdə pullarını talamaqda şübhəli bilinən 1996-cı il təvəllüdlü Əli Dadaşov saxlanılaraq məsuliyyətə cəlb edilib.

O, sosial şəbəkələrdə və elan saytlarında məlumatlar yerləşdirməklə “əlavə qazanc, yüksək gəlir” adı altında fəaliyyət göstərib.

Onun əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, polisə müraciət etmələri tövsiyə edilir.

Araşdırmalar Səbail RPİ 9-cü Polis Bölməsində aparılır.

12:10 - 6 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin