Reanimasiyaya yerləşdirilən Xalq artistindən - Xəbər var

 Reanimasiyaya yerləşdirilən Xalq artistindən - Xəbər var

Xalq artisti Aftandil Israfilovun səhhəti ağır olaraq qalır. 

Bu barədə Asayis.Az-a sənətçinin qızı Həcər İsrafilova deyib. O, atasının vəziyyətinin hələ də kritik olduğunu bildirib:

"Hələ ki renanimasiyadadır. Vəziyyəti ağırdır. Həkimlər əllərindən gələni edirlər. Onlar da atamın bu vəziyyətinin nə vaxta qədər davam edəcəyi barədə heç nə demirlər. Bu səbəbdən də hələ ki vaxtlı-vaxtında müalicələri aparılır".

Xatırladaq ki, qarmon ifaçısının 3 gün əvvəl səhhəti pisləşib və təcili olaraq xəstəxanaya yerləşdirilib.

11:10 - 6 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin