Bakıda məşhur kollecdə tələbələrdən "yolka pulu" yığılır? - RƏSMİ CAVAB

 Bakıda məşhur kollecdə tələbələrdən

Bakı Biznes və Kooperasiya Kollecində tələbələrdən "yol pulu" yığılması barədə məlumat yayılıb.

Asayis.Az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.

Paylaşımda qeyd edilib ki, kollecin şöbə müdiri 5-ci mərtəbədə təhsil alan tələbələrdən yeni il üçün şam ağacı alınması üçün müəyyən vəsait yığılır.

Məsələ ilə bağlı BAKU.WS-in "qaynar xətt"inə müraciət edən tələbələr də belə bir halın yaşandığını təsdiqləyiblər.

Məsələ ilə bağlı adı çəkilən kollecin rəhbərliyi ilə əlaqə saxladıq. Bakı Biznes və Kooperasiya Kollecinin direktor müavini Vaqif Mahmudov BAKU.WS-ə açıqlamasında bildirdi ki, bu məlumat həqiqəti əks etdirmir: "Elə şey ola bilməz. Bizdə yolka çoxdan alınıb və hər il yığılıb-sökülür. Bu məktəbin vəsaiti hesabına alınıb. İstəsəniz, gəlib yerində baxa bilərsiniz. Kollecin özünün vəsaiti yoxdur ki, pul yığsın".

16:35 - 5 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin