Nazir Naxçıvandakı islahatlardan DANIŞDI

 Nazir Naxçıvandakı islahatlardan DANIŞDI

“Naxçıvanda aparılan islahatlar nəticəsində dövlət büdcəsinə daxil olan vəsaitin artması ilə bağlı gözləntilər var”.

Asayis.Az trend-ə istinadən xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında 2023-cü ilin dövlət büdcəsinin müzakirəsi zamanı deyib.

“Əvvəlcədən nəsə demək düzgün olmaz. Bununla bağlı daha ətraflı məlumat veriləcək”, - deyə nazir əlavə edib.

Qeyd edək ki, noyabrın 28-də Naxçıvan Dövlət Gömrük Komitəsi ləğv edilərək Baş İdarə yaradılıb.

15:20 - 5 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin