Bakıdan Həştərxana müntəzəm uçuşlar bərpa olunur

 Bakıdan Həştərxana müntəzəm uçuşlar bərpa olunur

Bakı-Həştərxan-Bakı istiqamətində müntəzəm uçuşlar sentyabrın 30-da bərpa olunacaq.

Bu barədə Asayis.az-a Həştərxan Beynəlxalq Hava Limanına istinadən xəbər verir.

Bildirilib ki, Azərbaycan Hava Yolları QSC (AZAL) Azərbaycan paytaxtına birbaşa müntəzəm uçuşları həyata keçirəcək.

Məlumata əsasən, Həştərxan Beynəlxalq Hava Limanından uçuşlar həftədə üç dəfə - çərşənbə, cümə və bazar günləri planlaşdırılır. Səyahət müddətinin 1 saat 25 dəqiqə olması gözlənilir. Daşıyıcı bu marşrut üzrə "Embraer E-190" təyyarələrindən istifadə edəcək.

16:56 - 7 Sentyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin