Ceyhun Bayramov Moskvada naməlum əsgərin məzarı önünə əklil qoyub - FOTO

 Ceyhun Bayramov Moskvada naməlum əsgərin məzarı önünə əklil qoyub - FOTO

Rusiyada işgüzar səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Kreml divarları yaxınlığında yerləşən naməlum əsgərin məzarı önünə əklil qoyub.

Asayis.Az xəbər verir ki, bu barədə Report-un Rusiya bürosu məlumat yayıb.

C.Bayramov səfər çərçivəsində bu gün Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov ilə görüşəcək.

XİN rəhbərləri görüş zamanı ikitərəfli əməkdaşlığın vəziyyətini və perspektivlərini müzakirə edəcək, həmçinin regional, beynəlxalq gündəliyin ən aktual aspektləri, o cümlədən Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması məsələləri üzrə fikir mübadiləsi aparacaqlar.

13:57 - 5 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin