Qax rayonunda 17 yaşlı qız dərmandan zəhərlənib.
Asayis.Az oxu.az-a istinadla xəbər verir ki, rayon sakini, 2005-ci il təvəllüdlü X.Kərimova çoxsaylı dərman həbləri içərək zəhərlənib.
O, xəstəxanaya yerləşdirilib.
İlkin ehtimala görə, 17 yaşlı qız intihara cəhd edib.