Ər hamilə arvadını döydü, yarımçıq doğulan körpə öldü - Araşdırma aparılır

 Ər hamilə arvadını döydü, yarımçıq doğulan körpə öldü - Araşdırma aparılır

Sabirabad rayonunda əri tərəfindən döyülən hamilə qadın erkən doğuş həyata keçirib.

Asayis.Az Qafqazinfo-ya istinadla xəbər verir ki, hadisə rayonun Axtaçı-Muğan kəndində baş verib.

Həmin kənddə yaşayan və hamiləliyin 30-cu həftəsində olan 2001-ci il təvəllüdlü A.H. noyabrın 28-də axşam saatlarında əri Vüsal Hüseynov tərəfindən döyülüb. Nəticədə qadın aldığı xəsarətlər səbəbindən bir neçə saat sonra yarımçıq qız uşağı dünyaya gətirib. Vaxtından qabaq doğulan körpə dekabrın 4-də xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

13:10 - 5 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin