Azərbaycanda sevgilisindən ayrılan tələbə qız özünü bıçaqladı - Araşdırma başladı

 Azərbaycanda sevgilisindən ayrılan tələbə qız özünü bıçaqladı - Araşdırma başladı

Lənkəranda intihara cəhd olub.

Asayis.Az Lent.az-a istinadla xəbər verir ki, hadisə ötən gün Lənkəran şəhərində qeydə alınıb.

Lənkəran Dövlət Universitetinin tələbəsi, Hacıqabul rayon sakini, 17 yaşlı R.Ə. kirayədə qaldığı evdə özünü bıçaqlayıb.

Qarın nahiyəsindən bıçaq xəsarətləri alan tələbə xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağır olaraq qiymətləndirilir.

İlkin məlumata görə, tələbə qız sevgilisindən ayrıldığı üçün özünü öldürmək istəyib.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.


13:00 - 5 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin