Elşad Əliyev canlı efirdə etiraf etdi: Biz öldürdük! - Video

 Elşad Əliyev canlı efirdə etiraf etdi: Biz öldürdük! - Video

Yusif Orucovun qətlində iştirak edən Elşad Əliyev canlı efirdə cinayəti etiraf edib. Qeyd edək ki, Sədərək döyüşlərinin iştirakçısı, Şərur rayon Dərə kənd sakini Yusif Barı oğlu Orucovun müəmmalı qətli ilə bağlı şok hadisə yaşanıb.

Asayis.az Kanal32.az-a istinadən xəbər verir ki,1995-ci ildə şəxsi zəmində Yusif Orucovu qətlə yetirən şəxslərdən biri Elşad Əliyev SƏS.TV-nin canlı efirində qətlin təfərüatlarını etiraf edib. (https://www.youtube.com/live/z_hZNYcP-ss)

Belə ki, Elşad Məcid oğlu Əliyev 1995-ci ildə qardaşı Əliyev Elxan Məcid oğlu və onun Elnur adlı kirvəsi ilə Nərimanov metrostansiyası yanında Yusif Orucovu avtomobilə mindirərək Hövsan qəsəbəsində tullantıların atılması üçün nəzərdə tutulan yerə bıçaqlayaraq öldürməsini etiraf edib.

O, bunu vicdan əzəbı çəkməsi ilə əsaslandırıb. Elşad Əliyev bildirib ki, cəzamız nədirsə çəkək, bu məsələni gənclərin öhdəsinə buraxmayaq. Verlişdə Elşad Əliyev onu da bildirib ki, qardaşı Davud Əliyev Yusifi öldürdükdən sonra atası Barı kişiyə bu qətl hadisəsini araşdırmaması üçün saxta məktub düzəldərək guya Yusif atasına məktub göndərib ki, mən Türkiyədə PKK-ya qoşulmuşam məni axtarmayın. Efirdə mərhum Yusif Orucovun qardaşı İbrahim Orucov ölkə başçısı, Prezident İlham Əliyevə müraciət edərək cinayət işini nəzarətə götürməsini xahiş edib.

21:26 - 26 Avqust 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin