Pezeşkianın qızı Mehriban Əliyevanı təbrik etdi

 Pezeşkianın qızı Mehriban Əliyevanı təbrik etdi

İran İslam Respublikası Prezidentinin qızı Zəhra Pezeşkian Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib.

Asayis.az təbrikini mətnini təqdim edir:

"Dəyərli və mehriban bacım.
Böyük ehtiram və sevinc hissi ilə Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı bildirirəm.

Sizin sosial, mədəni və beynəlxalq sahələrdəki üstün, müdrik və fədakar fəaliyyətiniz hər zaman ilhamverici və qürur mənbəyi olmuşdur.

Qonşu, dost və qardaş ölkələr olan İran ilə Azərbaycan Respublikası arasında dərin dostluq və qardaşlıq köklərinin mövcudluğundan, həmçinin iki ölkənin qadınlarının bu müştərək irsin qorunmasında mühüm rol oynamasından böyük məmnunluq duyuram.

Bu əlamətdar və xoş gündə Sizə səmimi-qəlbdən bərəkətli uzun ömür, möhkəm cansağlığı və davamlı müvəffəqiyyətlər, dost və qardaş Azərbaycan Respublikasına isə tərəqqi və rifah arzulayıram".

17:52 - 26 Avqust 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin