Prezident Bakıda yolların yenidən qurulmasına pul ayırdı - Sərəncam

 Prezident Bakıda yolların yenidən qurulmasına pul ayırdı - Sərəncam

Prezident İlham Əliyev Bakı şəhərinin Xəzər rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında sərəncam imzalayıb. 

Asayis.Az xəbər verir ki, sənədə əsasən, Xəzər rayonunun Binə, Buzovna, Qala, Mərdəkan və Zirə qəsəbələri ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 4,4 milyon (dörd milyon dörd yüz min) manat ayrılıb. 

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin edəcək. 

Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb. 

00:05 - 4 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin