Yasamalda həyəti su basdı: ADSEA-dan açıqlama – Video

 Yasamalda həyəti su basdı: ADSEA-dan açıqlama – Video

Bakının Yasamal rayonu, Sadıq Dadaşov küçəsi 23 ünvanında sakinlərin həyətini su basıb.

Bu barədə Asayis.az-a sakinlər tərəfindən ünvanlanan şikayətdə bildirilib.

“Problem yalnız bu gün yaranmayıb və müxtəlif vaxtlarda da oxşar hal baş verib”, - şikayətdə qeyd olunub.

Məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) saytımıza bildirilib ki, qeyd olunan ünvanda içməli su xəttində qəza baş verib:

“Qəzanın aradan qaldırılması üçün Sukanal İdarəsinin qəza-bərpa briqadası həmin ünvana yönləndirilib”.

16:22 - 25 Avqust 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin