Bakı sakininin bank hesabından 5 min manat oğurlanıb

 Bakı sakininin bank hesabından 5 min manat oğurlanıb

Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə Biləcəri qəsəbəsində yaşayan bir nəfərin bank hesabından 5000 manatının oğurlanması barədə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən Asayis.Az-a verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Abşeron rayon sakini Taleh Əliyev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

15:15 - 3 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin