Görkəmli bəstəkar, Xalq artisti Tofiq Bakıxanovun vida mərasimi 25 avqust saat 11.00-13:00-da Təzə Pir məscidində keçiriləcək.
Asayis.az xəbər verir ki, dəfn mərasimi saat 13:30-da İkinci Fəxri Xiyabanda baş tutacaq.
Qeyd edək ki, T.Bakıxanov avqustun 23-də vəfat edib.
O, üç balet ("Xəzər balladası", "Şərq poeması" və "Xeyir və Şər"), bəstəkar Nəriman Məmmədovla birlikdə yazdığı 3 musiqili komediya ("Altı qızın biri pəri", "Məmmədəli kurorta gedir", "Qız görüşə tələsir"), tar və müxtəlif alətlər ilə simfonik orkestr üçün 25 konsert, 20 sonata, 5 simfonik muğam ("Nəva", "Şahnaz", "Rahab", "Humayun", "Dügah"), 8 simfoniya, 6 simfonik poema, kamera musiqisi sahəsində 26 sonata, müxtəlif tərkibli ansambllar üçün əsərlərin, 100-dən artıq mahnı və romansın müəllifidir.
