Bakının bu rayonunda su kəsiləcək

 Bakının bu rayonunda su kəsiləcək

Diametri 200 mm olan içməli su xəttinin diametri 600 mm olan magistral su borusuna qoşulması işləri çərçivəsində 25.08.2026-cı il tarixdə saat 23.00-dan 26.08.2026-cı il gecə saatlarınadək Xətai rayonun bəzi ərazilərinə içməli suyun verilməsində müvəqqəti fasilə yaranacaq.

Asayis.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin məlumatında deyilir.

“Müvəqqəti narahatlığa görə abonentlərdən üzr istəyirik”, - deyə bildirilib.

18:26 - 24 Avqust 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin