DSK-da kadr dəyişikliyi: bu vəzifə ləğv edildi

 DSK-da kadr dəyişikliyi: bu vəzifə ləğv edildi

Dövlət Statistika Komitəsində struktur və kadr dəyişiklikləri həyata keçirilib.

Asayis.az Report-a istinadla xəbər verir ki, Komitənin Aparat rəhbəri Qasım Əliyev tutduğu vəzifədən azad edilərək sədrin müşaviri təyin olunub.

Sədrin müşaviri Səbuhi Əliyev Komitənin Aparat rəhbəri, Aparat rəhbərinin müavini Zaur Əliyev isə Beynəlxalq əlaqələr şöbəsinin müdiri təyin edilib.

Eyni zamanda, Aparat rəhbərinin müavini vəzifəsi ləğv olunub.

Komitədən məlumatı təsdiqləyiblər.

18:00 - 24 Avqust 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin