Bakıda böyük nəqliyyat problemi yaranıb - SƏBƏB

 Bakıda böyük nəqliyyat problemi yaranıb - SƏBƏB

“Xaliq Faiqoğlu” MMC xidmət göstərdiyi marşrut xətləri üzrə avtobusların əksəriyyətini xətdən çıxarıb.

Asayis.Az xəbər verir ki, bu barədə “Xaliq Faiqoğlu” MMC sosial şəbəkədə məlumat yayıb.

Bildirilib ki, hazırda həmin avtobuslar ödəniş aparatlarında yaranmış problemlər səbəbindən xidmət göstərə bilmirlər.

Qeyd edək ki, səhər saatlarında sosial şəbəkə istifadəçiləri avtobuslara quraşdırılmış elektron ödəniş terminallarının işləmədiyinə dair paylaşımlar ediblər. 

14:40 - 3 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin