Astarada dənizdə batdığı deyilən kişi xaricə gedibmiş...

 Astarada dənizdə batdığı deyilən kişi xaricə gedibmiş...

Avqustun 19-da saat 19 radələrində Masallı rayon sakini 36 yaşlı Elmar Məmmədlinin Xəzər dənizinin Astara şəhəri ərazisindəki çimərliyində boğulması, meyitinin isə suda itkin düşməsi barədə polisə məlumat daxil olub.

Asayis.az Report-a istinadla xəbər verir ki, Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri müvafiq tədbirlərlə həmin şəxsin suda boğulmadığı, avqustun 20-də hava yolu ilə ölkə hüdudlarını tərk etdiyi müəyyən edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

15:54 - 22 Avqust 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin