Avqustun 19-da saat 19 radələrində Masallı rayon sakini 36 yaşlı Elmar Məmmədlinin Xəzər dənizinin Astara şəhəri ərazisindəki çimərliyində boğulması, meyitinin isə suda itkin düşməsi barədə polisə məlumat daxil olub.
Asayis.az Report-a istinadla xəbər verir ki, Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri müvafiq tədbirlərlə həmin şəxsin suda boğulmadığı, avqustun 20-də hava yolu ilə ölkə hüdudlarını tərk etdiyi müəyyən edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
