Əməkdar jurnalist Nurani (Tofiqəxanım) Qasımova uzun sürən xəstəlikdən sonra müalicə aldığı xəstəxanada vəfat edib.
Asayis.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə yaxınları sosial şəbəkədə məlumat yayıb.
Qeyd edək ki, 1970-ci il təvəllüdlü Tofiqəxanım Qasımova jurnalistika fəaliyyətinə 1992-ci ildə başlayıb. Müxtəlif illərdə “Yurddaş”, “Ayna”–“Zerkalo” nəşrlərində çalışıb, uzun müddət “Exo” qəzetinin beynəlxalq həyat şöbəsinin müdiri və siyasi icmalçısı olub. Son illərdə isə Minval.az və “Minval Politika” xəbər portalında redaktor vəzifəsində çalışıb.
2020-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə ölkə mətbuatının inkişafındakı xidmətlərinə görə “Əməkdar jurnalist” fəxri adına layiq görülüb.
Nurani tanınmış jurnalistlər Fazil Qasımov və Dilbər Axundzadənin qızıdır.
