Üç küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

 Üç küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bakı şəhərinin üç ünvanında təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək.

Bu barədə Asayis.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Məlumata görə, Suraxanı rayonunun Günəşli qəsəbəsində yerləşən Mürsəl Kazımlı küçəsində nəqliyyatın hərəkəti avqustun 21-i saat 19:00-dan, Səbail rayonunun Gülüstan küçəsində, Gülüstan Sarayına gedən yolda, eləcə də Əlibəyov qardaşları küçəsində isə avqustun 22-si saat 09:00-dan müvəqqəti məhdudlaşdırılacaq.

Məhdudiyyətlər təmir işləri başa çatanadək qüvvədə olacaq.

18:54 - 21 Avqust 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin