Pensiya alanlara şad xəbər

 Pensiya alanlara şad xəbər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu respublika üzrə avqust ayının pensiya ödənişini yekunlaşdırıb.

Bu barədə Asayis.az-a nazirlikdən məlumat verilib.

Bildirilib ki, Avqustun 14-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda, habelə Naxçıvan Muxtar Respublikasında, bu gün isə ölkəmizin bölgələrində qeydiyyatda olan şəxslərin avqust ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.

12:16 - 21 Avqust 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin