Beyləqanda bir ailənin 4 üzvü qətlə yetirildi

 Beyləqanda bir ailənin 4 üzvü qətlə yetirildi

Beyləqanda bir ailənin 4 üzvü öldürülüb.

Bu barədə Asayis.Az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, dekabrın 02-si saat 22 radələrində Beyləqan rayonunun Tatallar kəndi ərazisində 1995-ci il təvəllüdlü Fuad Cəlilzadə aralarında olan düşmənçilik ədavətinə görə bir ailənin 4 üzvünü öldürməkdə şübhəli bilinərək saxlanılıb.

Faktla bağlı Beyləqan rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

09:29 - 3 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin