"Rənc Rover" ağır qəzaya uğradı: ölənlər var - Foto

İsmayıllıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Asayis.az Report-a istinadla xəbər verir ki, hadisə rayonun Təzəkənd-Diyallı yolunda baş verib.

İki avtomobilin toqquşması nəticəsində 2 nəfər ölüb.

Hadisə yerinə rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

13:14 - 20 Avqust 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin