Bakıda qadın 10 minlik qızılları oğurlayıb satdı

 Bakıda qadın 10 minlik qızılları oğurlayıb satdı

Yasamal rayonunda mənzildən dəyəri 10 min manat olan qızıl-zinət əşyaları oğurlanıb.

Bu barədə Asayis.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 52 yaşlı N.Babayeva müəyyən edilərək saxlanılıb. Onun qızıl-zinət əşyalarını satdığı məlum olub.

Araşdırma aparılır.

18:54 - 19 Avqust 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin