Fərhad Ələkbərov AAYDA-da departament müdiri təyin edildi

 Fərhad Ələkbərov AAYDA-da departament müdiri təyin edildi

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) daha bir təyinat olub.

Asayis.az Unikal-a xəbər verir ki, bununla bağlı AAYDA sədri Vüsal Nəsirli müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Fərhad Ələkbərov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Hüquqi təminat departamentinin müdiri təyin edilib.

F.Ələkbərov bundan əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Övladlığa götürmə və alternativ qayğı siyasəti şöbəsinin müdiri vəzifəsində çalışırdı.

16:24 - 19 Avqust 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin