Bakıda köhnə tikili yanır

 Bakıda köhnə tikili yanır

Bakının Nəsimi rayonunda köhnə tikili yanır.

Asayis.az Report-a istinadla xəbər verir ki, yanğın Nəsimi metrostansiyasının yaxınlığında yerləşən keçmiş fabrik kimi fəaliyyət göstərən tikilidə baş verir.

Hazırda Fövqəladə Hallar Nazirliyinin qüvvələri hadisə yerinə cəlb olunub. Yanğının söndürülməsi və ətrafa yayılması istiqamətində işlər aparılır.

13:00 - 18 Avqust 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin