Abşeronda karxanada faciə

 Abşeronda karxanada faciə

Abşeronda karxanada kişi ayağının qurğuda qalması nəticəsində ölüb.

Asayis.az Report-a istinadla xəbər verir ki, Daş Güzdək qəsəbəsində Cəlilabad rayon sakini 1961-ci il təvəllüdlü Rabil Əsgər oğlu Zərbəliyevin işlədiyi karxanada ehtiyatsızlıqdan ayağı qurğuda ilişərək xəsarət alıb.

Kişi xəstəxanaya aparılarkən yolda ölüb.

Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.

12:44 - 17 Avqust 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin