Qaradağda yük maşını aşdı

 Qaradağda yük maşını aşdı

Bakının Qaradağ rayonu, Kənar Dairəvi yolda yol-nəqliyyat hadisəsi baş verib.

Asayis.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Qəza səbəbindən Bakı-Sumqayıt şosesi istiqamətində nəqliyyat sıxlığı yaranıb.

Hazırda polis əməkdaşları tərəfindən sıxlığın aradan qaldırılması istiqamətində tədbirlər görülür.

10:30 - 17 Avqust 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin